İŞİD-ə qoşulan polkovnik qardaşını hədələdi: “Allaha and olsun, başını kəsəcəm...”

19-06-2015, 16:34           
İŞİD-ə qoşulan polkovnik qardaşını hədələdi: “Allaha and olsun, başını kəsəcəm...”
Tacikistan OMON-un keçmiş komandiri, İŞİD-ə qoşulan polkovnik Gulmurod Xalimov növbəti videomüraciət yayaraq doğma qardaşını başını kəsməklə hədələyib.

Virtualaz.org saytı Orta Asiya KİV-lərinə istinadən xəbər verir ki, Xalimovun sosial şəbəkələrdə yerləşdirilmiş videomüraciətində Tacikistanın dövlət KİV-lərində barəsində yazılanlara müraciət bildirib.

“Yazırlar ki, mən dəliyəm. Bundan olduqca təəccüblənişəm. Çünki mən tamamilə sağlamam. Əgər mən dəli idimsə, ABŞ-a hərbi hazırlıq keçməyə necə göndərirdilər, polkovnik rütbəsini necə verirdilər? Üç dəfə medalla necə təltif edirdilər? Əgər mən dəliyəmsə, deməli, DİN-in qalan polkovnikləri də dəlidir”- deyə İŞİD-ə qoşulan keçmiş OMON komandiri bildirib.

Xalimov İŞİD-ə qoşulmasını Tacikistanda dini normaların pozulması ilə əsaslandırıb.

O, videomüraciətdə doğma qardaşını da hədələyib. Xalimovun qardaşı Saidmurod Xalimov KİV-lərdə onun ünvanına açıq məktubla çıxış edərək keçmiş OMON komandirini vətənə qayıtmağa və qanun qarşısında cavab verməyə çağırmışdı.

“Mən Allahın adına and içirəm ki, silahım ancaq kafirlərə qarşı istifadə olunacaq. Əgər qardaşım da mənə qarşı çıxsa və kafirlərin yolu ilə getsə, onun başını şəxsən özüm kəsəcəyəm”- deyə İŞİD-çi polkovnik bildirib.

Xalimovun qardaşı hazırda Tacikistanın Ədliyyə Nazirliyində işləyir. Bundan əvvəl o bildirmişdi ki, qardaşının İŞİD-ə qoşulmasından sonra vəzifəsindən istefa verib. Ancaq nazirliyin rəhbərliyi istefa ərizəsini qəbul etməyib və hərənin öz əməlinə cavabdeh olduğunu bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.