Nazirlik: Ticarət mərkəzinin rəhbərliyi yanğın təhlükəsizliyi qaydalarına əməl etməyib - VİDEO

26-03-2019, 15:34           
Nazirlik: Ticarət mərkəzinin rəhbərliyi yanğın təhlükəsizliyi qaydalarına əməl etməyib - VİDEO
"Yanğın barədə məlumat səhər saat 08:12 dəqiqədə daxil olub. Yanğının söndürülməsinə 100-dən çox şəxsi heyət, 20-dən çox yanğınsöndürən avtomobil cəlb olunub".

"Report"un hadisə yerində olan əməkdaşı xəbər verir ki, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin Qərargah rəisi polkovnik Əkbər Novruzov deyib.

O bildirib ki, hazırda yanğınn səbəbləri araşdırılır. Bu barədə məlumat veriləcək.

Ə.Novruzovun sözlərinə görə, yanğın təxminən 2 hekrata yaxın ərazini əhatə edib. Hadisə nəticəsində 4 mərtəbəli "Diqlas" Ticarət Mərkəzi ilə yanaşı ətrafda olan obyektlər də yanıb: "Ticarət mərkəzində heç bir nizamlı iş olmayıb. Binada daxili yanğınsöndürmə sistemləri yoxdur, ərazidə su çatışmır. Obyekt rəhbərliyi tərəfindən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb. Ona görə də yanğın geniş yayılıb".













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.