İlham Əliyev təkbaşına döyüşə girir və qalib gəlir - GƏLİŞMƏ

20-11-2019, 10:30           
İlham Əliyev təkbaşına döyüşə girir və qalib gəlir - GƏLİŞMƏ
İlham Əliyev dünya erməniliyinə qarşı ideoloji müqavimətin önündə dayanıb. Azərbaycan prezidentinin asan olmayan, tarixi və taleyüklü missiyası faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində beynəlxalq siyasi gündəmi müəyyən etdi. Həmin qələbənin ki, Rusiya lideri Vladimir Putin tərəfindən postyeltsin dövründə dünya düzəninin yenidən formalaşması şərtlərində Rusiyanın qazandığı tarixi qələbələr işığında onun yeni siyasi rolunun ideya-konseptual platformasının yaradılmasının əsaslarından biri kimi seçilmişdi.

Axı İlham Əliyev Aşqabadda bir çox MDB liderləri üçün gözlənilməz və cəsarətli çıxışı ilə nəinki Avrasiya məkanı liderlərinin Ermənistanda nasist cinayətkarı Garegin Njdenin kanonizasiyası probleminə diqqəti cəlb elədi. Üstəlik Njde faşist vermaxtının muzdlu erməni legionunun adi cəzaverəni deyil, dünya erməniliyinin və erməni dövlət quruluşunun kultu, erməni fatehinin parlaq obrazı, rəsmi Yerevanın müasir militarist siyasətini özündə təcəssüm etdirən fiqurdur. Njde-erməni siyasi okkultizminin təcəssümüdür.

İlham Əliyev Njdeyə hücuma keçir

İlham Əliyev özündə mizantropiyanı, zorakılığı, qəddarlığı və satqınlığı əks etdirən Njde kultunu darmadağın edərək bütöv ideoloji kampaniya başlatdı. Diqqət yetirin, Avropanı azad edən ordunun-sovet qoşunlarının Bolqarıstana, nasistlərin dövründə alman faşistlərinə qoşulmuş erməni neonasistlərinin məskəninə hücumu ərəfəsində hitlerimzmin erməni agenturasından olan əksər ardıcılları tələsik Sofiyanı tərk etmişdi. Rezidenturada təkcə Njde qalmışdı. Qaçılmaz olaraq Türkiyəyə qarşı müharibə başladacağını gözlədiyi yeni metropoliyaya qoşulmağa alovlu ümidlər bəsləyirdi. Əliqanlı qatili yeni məkrli oyun başladacağı haqda hisslər bürümüşdü: o, qollarını geniş açıb sovet ordusuna tərəf gedirdi, erməni legionunu erməniliyin tarixi düşməni ilə müharibəyə cəlb etməyə inandırmaqla.

Njdenin nasistlərə xidməti barədə biabırçı səhifəni asanlıqla yaddan çıxarırlar, axı bu elə də vacib deyil, keçmişdə baş verib, ötəri hal olub və Tseqakron üçün hədəfə çatmağın zamanın haqq qazandırmadığı vasitəsi idi. İskariotun (İskariot-xristianlıqda 12 apostoldan biri, İsa peyğəmbərin şagirdlərdindən biridir,-red.) əyri portreti. Şeytanın çirkin ikonası. Və budur, həmin murdarlığın izləri Ermənistanda az qala ilahiləşdirilir, onun reneqatlıq və dinindən dönmə kredosu isə yeni siyasi sinif üçün müqəddəsdir, əzizlənəndir. Hansısa antiutopiya. Həm Vazgen Manukyan, həm Köçəryan, həm Sərkisyan, həm Paşinyan...Bütün bu yeni meydana çıxan “sparapetlər” qana susamış Njdenin şəxsində şeytani ibadətgah yaradaraq antidəyərləri müasir erməni dövlətinin və cəmiyyətinin dünyagörüşü elan edir. Njde quldur Amazasp və kombatant Dro deyil, Njde postsovet erməni sisteminin ideologemidir.


Njde-erməni ideologemi qismində

Etiraf edirik ki, İlham Əliyev erməni ideoloji sisteminin bu başlıca atributu ilə mübarizədə tək, düşmənlə üz-üzə qalıb. Nəyə görəsə Azərbaycanda siyasi və ideoloji işə cavabdeh olan şəxslər Ermənistanda ideolji sistemin bu cür mühüm transformasiyasını görə bilməyiblər. Hərçənd Njdenin bütləşdirilməsi nə bu gün başlayıb, nə dünən. Ancaq prezident zərbəni özünə tərəf çəkdi. Hərdən mənə elə gəlir ki, İlham Əliyev bütöv siyasi komandanı əvəz edir. Lakin belə olmalı deyil, müəyyən aprioridir, sanki əvvəlcədən belə müəyyənləşib. Yoxa mən yanılıram?

MDB-nin bütün prezidentlərinin iştirakı ilə İlham Əliyev Ermənistanın müasir siyasi elitasının kumirinin əsl portretini cızdı. Paşinyan ona etiraz etməyə çalışdı. Amma Azərbaycan prezidentinin elmi əsaslandırılmış və analitik üslubdakı qənaətlərinə Paşinyan uğursuz alleqoriya ilə cavab verdi. Dildən pəltək baş nazir ciyiltili səsi ilə prezidentlərin diqqətini faciədən yayındırmağa çalışdı, Qaydayın “Qafqaz əsiri” komediyasını xatırlatdı. Sonrası isə daha betər oldu. Paşinyan QULAQ məhbuslarını, konkret olaraq “rus millətinin vicdanı” Soljenitsini Qafqaz aulunun nasistlərin qulluğunda dayanan mağara təfəkkürlü, miskin komandiri ilə bir cərgəyə qoymaq cəsarətini nümayiş etdirdi.

Paşinyan səhv edir, rus xalqının tarixi yaddaşını təhqir edir, axı nasist cinayətkarı ilə sovet qəhrəmanı Baqramyan arasında paralel aparır. Amma bununla Paşinyan təkcə özünü deyil, Ermənistanın bütün ideoloji sistemin ifşa edir. Diqqət yetirin, elə bu günlərdə Paşinyan rusiyalı jurnalist Stanislav Smaqinin Njdenin ermənilərin milli şüurunda yerinə və roluna yenidən baxılmasının zərurət barədə suallarına cavab verərkən açıq deyir-ermənilər üçün Baqramyan da, Njde də tarixi şəxsiyyətlərdir, axı onların hər ikisi 1918-ci ildə döyüşüblər və türkləri öldürüblər. Yəni Baqramyan Ermənistan üçün ona görə dəyərli deyil ki, Hitlerə qarşı döyüşüb, SSRİ uğrunda çarpışıb, ona görə ki, türkləri öldürüb. Siyasətçi sivil insan üçün bu cür qorxunc düşüncələri necə dilə gətirə bilər? Beləliklə, Paşinyan nasist dəyərlərinin ucaldılmasına qoyulmuş qiyməti təsdiqləyir. Öldürüblər? Deməli böyük adamlar olublar!



Paşinyanın "Qafqaz əsiri"

Lakin eyni zamanda Paşinyan Njde məsələsinin rus cəmiyyətinin şüurunda aktuallaşmasından bərk həyacan keçirir: “Biz əvvəllər Rusiya-Ermənistan münasibətlərində Njde məsələsi ilə qarşılaşmamışıq, hesab etmişik ki, bu məsələ təkcə Azərbaycana maraqlıdır, ona görə də Rusiyada bu məsələnin aktuallaşmasından təəcüblənirik”.

Həm də Rusiyada deyil, bütün dünyada. Axı bir neçə gün əvvəl İ.Əliyev dünyanın bütün yəhudi icmalarının nümayəndələrinə çağırışla səsləndi, hitlerizm qurbanlarının varislərini Yerevanda nasist cinayətkarlarının reanimasiyası məsələsi üzərində düşünməyə çağırdı. “Ermənistanda antisemitizm var”,-dünya yəhudiliyinin liderlərindən biri-Simon Vizantal Mərkəzinin həmtəsisçisi və sədr müavini, yəhudi din xadimi, ravvin Abraham Kuper bu çağırışa belə sərt reaksiya verdi. Bu mərkəzin rəhbəri bütün ömrünü Holokostun öyrənilməsinə və nasist cinayətkarları ilə mübarizəyə həsr etmiş əfsanəvi ravvin Hierdir.

Ravvin dərin təəsüflə faciəvi reallığı dilə gətirdi, “nasiszmin əlaltısı” (sitat Kuperə aiddir) Njdenin abdəsinin ucaldılmasını pislədi.

Erməni milli qəhrəmanının faşizmi haqda tanınmış britaniyalı tədqiqatçı və politoloq Tomas de Vaal da danışdı. “Njdenin erməni legionu əsl faşist təşkilatıdır”,-dünyada tanınmış tədqiqatçı öz qənaətini ortaya qoydu.



Kuper Əliyevlə razıdır

İlham Əliyevin harayı eşidilməmiş qalmadı. Bir neçə il əvvəl, hələ Yerevanda Njdeyə abidənin ucaldılmasından əvvəl Krasnodar vilayətində, Armavirdə “Rusiya erməniləri ittifaqı” erməni Apostol Kilsəsinin ərazisində Njdeyə xatirə lövhəsi qoymuşdu. Bu da Rusiya ictimaiyyətinin və müqəddəs Vətən müharibəsinin sağ qalan veteranlarının, onların ailələrinin kəskin etirazlarına səbəb olmuşdu. Xatirə lövhəsinin sökülməsinə dair çoxsaylı tələbləri erməni ruhaniləri süngü ilə qarşılaşmışdılar. Keşişlər nasist cinayətkarın xatirəsinin əbədiləşdirilməsi işində daha da uzağa getmişdilər, xristian dəyərlərini, əxlaqını yaddan çıxararaq siyasətçilərin ideoloji fabulasını təkrarlamışdılar: Njde erməni milli ideologiyasının əsasını qoyanlardan biridir, onun erməni kimliyinin müdafiə olunmasında xidmətləri sonsuzdur, lap zorakı yollarla olsa da!



Bəs İsa peyğəmbərin buyurduqları necə olsun?! Və yerlii deputatlardan biri Alesey Vinoqradov son çarə kimi cəsarətli addımı atdı. Rus xalqının hisslərinin təhqir olunmasından hiddətlənən Vinoqradov kilsənin ərazisinə daxil oldu və lövhəni qara boya ilə boyadı. Vinoqradovun bu cəsarətli addımını bütün Rusiya cəmiyyəti dəstəklədi. Narazılar da tapıldı, amma “beşinci kalonun” sıralarından. Qalmaqallı Zatulinin deyinməsi eşidildi: “Njde ermənilərin daxili məsələsidir”. Dövlət Dumasının erməniliyə özünün peşə ehtirası ilə qulluq göstərən deputatı o dərəcədə irəli getdi ki, doğma Krasnodarının Armavir şəhərini də Ermənistanın tərkibinə yazdı.


Vinoqradov da döyüşə girir

Beləliklə, İlham Əliyev özünün diplomatik uğuru ilə ən mühüm nəticəyə nail olur-nasist cinayətkarı və qanlı qatil Njdenin qəhrəmana çevrilməsinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir. Njde tarixin unutduğu siyasi personajın fərdi təzahürü deyil, işğalçı dövlətin doqmatizmidir. Tarixi cinayətkarı özünün ideya-dəyərlər sisteminə bağlamaqla Ermənistan siyasi terror, ərazi işğalı və bütöv xalqların məhv edilməsini təbliğ edən dövlətlərlə bir sırada dayanmış oldu...
virtualaz.org












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.