KİVDF-un yeni rəhbərliyi ilə jurnalistlər arasında gərginlik: Xidmət haqqı verməyənlər hədələnir

6-06-2020, 00:02           
KİVDF-un yeni rəhbərliyi ilə jurnalistlər arasında gərginlik: Xidmət haqqı verməyənlər hədələnir
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yeni rəhbərliyi ilə mətbuat işçiləri üçün tikilən binalardakı mənzil sahibi arasında gərginlik yaşanmaqdadır.

AzToday.az-a daxil olan məlumatlara görə, KİVDF-nun yeni rəhbərinin gətirdiyi təzə işçilər binanın sakinlərinə zəng vurub xidmət haqqını ödəməyi tələb edirlər. Əks təqdirdə məhkəməyə verəcəkləri ilə hədələyirlər. Sakinlər də deyib ki, Əli Həsənova bağli “Kaspi” şirkəti jurnalistər üçün tikilən birinci binadan qanunsuz istifadə edib: “Kaspi” ödəniş eləməsə bir qəpik də pul verən deyilik”.

Sakinlərinə sözlərinə görə, onlara şəhər telefonundan zəng edən KİVDF-un əməkdaşı özünü təqdim etmir.

Qeyd edək ki, Vüqar Səfərlinin KİVDF-un icraçı direktoru işlədiyi vaxtlarda da sözügedən binalarda mənzil verilən jurnalistlərin əksəriyyəti xidmət haqların baha olduğunu bildirərək, ödənişləri etmirdilər. Onlar kvadrata 50 qəpik xidmət haqqının baha olduğunu və KİVDF-unun ödədikləri pulların hesabatını vermədiklərini bildirirdilər.

Ötən ilin dekabr ayında yaşanan qalmaqal zamanı adıçəkilən binaların 70-ə yaxın sakini rəsmi müraciət yayaraq bildirmişdi ki, xidmət haqqı və keyfiyyəti onları qane etmədiyi üçün müqaviləni uzatmaqdan imtina edirlər…

KİVDF-unun da münasibətini öyrənməyə çalışacağıq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru