"Nazirliyin bütün tenderlərdə “otkat” və “şapka” olub – bu yeni xəbər deyil ki..."

8-07-2020, 15:45           
"Nazirliyin bütün tenderlərdə “otkat” və “şapka” olub – bu yeni xəbər deyil ki..."
XİN-də keçirilən əməliyyatda məlum oldu ki, Nazirliyin bütün tenderlərdə “otkat” və “şapka” olub – bu yeni xəbər deyil ki, istənilən nazirlik və dövlət orqanında tenderlər məhz belə keçirilir. Ən çox pozulan tender qaydalarından biri odur ki, müsabiqədə iştirak edən hüquqi və fiziki şəxslərin tender elan olunan sahədə təcrübəsi olmalıdır – amma, görürsən ki, 1-2 ay qabaq qeydiyyatdan keçən şirkətlər tenderlərin qalibləri olurlar. Bir daha: Bu hal bütün nazirliklərə və dövlət orqanlarına xasdır.
Teref.az yazır ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli öz araşdırmasında yazıb.

Bu il Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən tender keçirilib, müsabiqənin qalibi "Alpina Parking Consulting” MMC şirkəti olub. Bilirsiz bu şirkət BNA üçün nə edəcək?! Yox-yox, nə yol rəngləyəcək, nə avtobus yuyub-dezinfeksiya edəcək, nə də avtobusların təkərinə hava vuracaq – Şirkər BNA-ya məsləhət verəcək ki, şəhərdə parking məsələsini necə həll etsin.
Müqavilənin dəyəri 2 mln. 100 min manatdır – deyəsən, çox ağır məsləhətlər olacaq. Uca Şirvinin ruhuna and olsun ki, Elmlərdə 20 ildi “parkovka” işinə baxan Həmid dayıya 100 manat versələr, bütün məsələnin kökünü, problemlərin həll yolunu BNA-ya 35 dəqiqəyə (daha tez edərdi e, sadəcə BNA tez anlamaz) izah edər. Hə, lap yadımdan çıxmışdı, "Alpina Parking Consulting” MMC şirkəti cəmi 4 ay qabaq yaradılıb, 2 ay qabaq da bu tenderi udub – adamlar dahidilər yəqin, heç bir təcrübələri yox, uğur hekayələri yox, birdənbirə 2,1 mln. manatlıq məsləhət satmağa nail oldular. Bir az qaşısan bu şirkətin B(İ)NA uşaqlarına yaxın olduğu üzə çıxacaq...
Natiq Cəfərli fikirlərini belə tamamlayır!
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.