Prezidentin oğlunun ad günüdür

3-08-2020, 11:46           
Prezidentin oğlunun ad günüdür
Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin doğum günüdür.



Heydər İlham oğlu Əliyev 1997-ci il avqustun 3-də anadan olub.



Heydər Əliyev ADA Universitetini bitirib.



Heydər Əliyevin tələbə yoldaşları və dostları onun savadlı, təvazökar, mədəni bir gənc olduğunu vurğulayırlar... Onun öz davranışları ilə ətrafındakılara nümunə olduğu da qeyd edilir. Bunu əvvəllər onun müəllimləri də söyləyiblər.


Heydərə orta məktəbdə ingilis dilindən dərs demiş Konqolu müəllimi Manto bir neçə il əvvəl öz açıqlamalarında Prezidentin oğlunu tərifləmişdi.



"Mənə demişdilər ki, Prezidentin oğlu sizin dərs dediyiniz sinifdə oxuyur. Amma o sinifdə Prezident oğlunun oxuduğu heç vaxt hiss olunmurdu...


Çox ağıllı, dərrakəli uşaqdır. Cəld işləyir, nümunəvi davranır, Prezident oğlu olduğunu əsla hiss etdirmirdi”-deyən Manto H.Əliyevin ingilis dilini mükəmməl səviyyədə bildiyini vurğulamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru