Erməni təbliğatı səhvə yol verdi və - PKK və ASALA-nın Qarabağda olduğunu təsdiqlədi

1-10-2020, 00:15           
Erməni təbliğatı səhvə yol verdi və -
Türk mediası Orta Şərqdəki mənbələrinə istinadən dəfələrlə yazıb ki, Azərbaycana qarşı müharibədə iştirak etmək üçün Dağlıq Qarabağa PKK terrorçuları, eləcə də Suriya və Livandan olan erməni qrupları göndərilib.

Virtualaz.org bildirir ki, bu dəqiqələrdə Qarabağ separatçılarının populyar telegram kanallarından biri, erməni ordusunun təzə formasında olan bir ərəb legionerinin çağırışını paylaşıb və dərhal da silib.

Mətndə yazılıb: "Milliyyətçi ASALA qrupunun (Ermənistanın Qurtuluşu uğrunda Erməni Gizli Ordusu) Livandan olan könüllü döyüşçüsü bildirir ki, erməni diasporunun nümayəndələri Yerevana köməyə gedirlər".

Bu Ermənistanın, PKK və ASALA-nın, eləcə də Suriya və Livandan gələn erməni hərbi birləşmələrinin üzvlərindən necə beynəlxalq rerrorçu dəstəsi təşkil etdiyini göstərir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.