Rusiya Mübariz Mənsimovu bankrot elan etdi

16-11-2018, 09:29           
Rusiya Mübariz Mənsimovu bankrot elan etdi
Rostov vilayətinin Arbitraj Məhkəməsi “Palmali” gəmiçilik şirkətinin bankrot olduğunu elan edib.

Axar.az xəbər verir ki, bu barədə məlumatı RBK agentliyi yayıb. Məhkəmə 15 aprelə qədər şirkət üçün iflas prosesini başladıb.

Qeyd edək ki, Rostovdakı “Palmali” şirkəti Mübariz Mənsimovun şirkətlər qrupuna daxil olub. Bu şirkətin əsas kreditoru “Sberbank” olub. Şirkətin bank qarşısındakı borcu 13 milyard rubl olub.

“Palmali”yə qarşı borc tələbi ilə həmçinin “Alyans” ASC, “Azov-Flot-Servis” şirkəti, “Arsenal” sığorta şirkəti, “YuqBunkerServis-Rostov” yanacaq ticarəti şirkəti də çıxış edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.