İranın XİN rəhbəri istefa verib

26-02-2019, 08:30           
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif vəzifəsindən istefa verib.

Bu barədə “Report” ISNA agentliyinə istinadən xəbər verir.
İranın XİN rəhbəri istefa verib
Bildirilir ki, Xarici İşlər Nazirliyinin başçısı “Instagram”da istefa verdiyini bildirib.

"İranın əziz və cəsarətli xalqı və hakimiyyəti son 67 ay ərzində mərhəməti üçün çox sağ olsun. Mən xidməti davam etməyə qadir olmadığıma və xidmət zamanı bütün çatışmazlıqlara görə səmimi şəkildə üzr istəyirəm", - deyə Zərif bildirib.

Daha əvvəl Məhəmməd Cavad Zərif İranın ABŞ-ı cavab tədbirləri ilə təəccübləndirəcəyini açıqlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.