Elinanın atası şikayətini geri götürmək üçün 90 min manat istəyib? - AÇIQLAMA

26-04-2019, 13:11           
Elinanın atası şikayətini geri götürmək üçün 90 min manat istəyib? - AÇIQLAMA
Sosial şəbəkələrdə Elina Hacıyevanın atasının qızının ölümünə səbəb olan həkimlərdən şikayəti geri götürmək üçün 90.000 manat təzminat istəməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, həkimlər həmin məbləği ödəsələr, heç kimdən şikayət olmayacaq.

Məsələ ilə bağlı Open.az-a açıqlama verən ata Ədalət Hacıyev bildirib ki, yayılan informasiya yalandır: "Belə bir şeydən söhbət belə gedə bilməz".

Vəkil Sevinc Əliyeva da saytımıza açıqlama verərək məlumatı yalanlayıb: "Biz hər gün ailə ilə görüşürük. Belə şey ola bilməz. Bizdən də xahiş olunub ki, Elinanın başına gələnlərdə vəzifəsindən asılı olmayaraq kimin günahı varsa, qanun çərçivəsində cəzasını almasına yardım göstərək. Hazırda Bakı Şəhər Prokurorluğunda ibtidai istintaq gedir. İş hələ məhkəməyə çatmayıb. Mübarizəmizin nəticəsini gözləyirik".

Xatırladaq ki, aprelin 4-ü 162 nömrəli məktəbin səkkizinci sinif şagirdi Elina Hacıyeva məktəbin üçüncü mərtəbəsindən özünü atıb. O, yaralı halda xəstəxanaya çatdırılıb. Bir neçə gün sonra isə vəfat edib. шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.