Ermənistanda atışma olub, xəsarət alanlar var

15-07-2019, 07:36           
Ermənistanda atışma olub, xəsarət alanlar var
Ermənistanda atışma olub.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, hadisə Sünik vilayətində qeydə alınıb. Atışma zamanı Hdzoresk kəndinin iki sakini - 29 yaşlı Aşot Avanyan və onun qardaşı, 24 yaşlı Tevos Avanyan müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Qoris Tibb Mərkəzinə çatdırılıblar.

Onların vəziyyətinin ağır olduğundan yaralılar hadisə ilə bağlı hər hansı ifadə verə bilməyiblər.

Faktla bağlı cinayət işi qaldırılıb.

Daha əvvəl Ermənistanın Maştosk rayonunda kütləvi dava zamanı 8 nəfər bıçaq xəsarətləri alıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.