Moskvada Tailand boksu üzrə dünya çempionu Aşot Bolyan güllələndi - FOTO

14-11-2019, 16:34           
Moskvada Tailand boksu üzrə dünya çempionu Aşot Bolyan güllələndi - FOTO
Tailand boksu üzrə dünya çempionu, Ümumdünya Ermənistan İdman Federasiyaları Birliyinin və Dünya Erməni Konqresi İdman İdarəsinin rəhbəri Aşot Bolyan Moskvada öldürülüb.


KONKRET.az Mash teleqram kanalına istinadən bildirir ki, bu gün səhər 40 yaşlı Bolyanın cəsədi, onun İnfinity SUV-nin yanında, Naximovski prospektindəki evinin yaxınlığında tapılıb. Cinayətkarlar onun avtomobilini səsboğucusu olan tapança ilə atəşə tutublar. Bolyan yerindəcə ölüb.

“Tailand boksu üzrə dünya çempionu dünən gecə avtomobilinə yaxınlaşdığı zaman evinin yaxınlığındakı bir dayanacaqda öldürülüb”, – yazan teleqram kanalı atışma şahidlərinin hələ tapılmadığını qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.