Rus dənizçilər gəmilərdən unitazları oğurlayıb?

21-11-2019, 08:39           
Rus dənizçilər gəmilərdən unitazları oğurlayıb?
Ukrayna Hərbi Dəniz Donanmasının admiralı İqor Voronçenkonun gəmilərdən oğurluq edilməsi ilə bağlı iddiaları əsassızdır.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı deputat Dmitri Belik Ukraynaya qaytarılan gəmilərlə bağlı açıqlamasında deyib.

Onun sözlərinə görə, Rusiya donanması və Sərhəd Xidməti lazımi vasitələrlə təmin edilir və onların nə isə götürməsinə ehtiyac yoxdur:

“Unitazları, çilçıraqları və lampaları oğurlamaq cənab Voronçenkonun əlaltılarına aiddir”.

Qeyd edək ki, Rusiya Kerç boğazında ələ keçirdiyi 3 Ukrayna gəmisini 2 gün öncə geri qaytarıb.

Ukraynalı admiral İ.Voronçenko Rusiya dənizçilərinin həmin gəmilərdən oğurluq etdiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru