Çili gəmisi, qəzaya uğramış "C-130" təyyarəsinin ehtimal olunan qalıqlarını aşkar edib

12-12-2019, 07:42           
Çili gəmisi, qəzaya uğramış "C-130" təyyarəsinin ehtimal olunan qalıqlarını aşkar edib
Çili gəmisi ölkənin Hərbi Hava Qüvvələrinə məxsus itkin düşmüş "C-130" təyyarəsinə aid ola biləcək detallar tapıb.

Trend-in məlumatına görə, detallar təyyarə ilə son təmas nöqtəsindən 30 kilometr aralı məsafədə aşkar olunub və ekspert tədqiatına göndərilib.

Çili hərbi nəqliyyat təyyarəsi "Hercules" C-130" ilə əlaqə dekabrın 8-də yerli vaxtla saat 18.13-də kəsilib, təyyarədə 38 nəfər sərnişin olub. Çili Hava Qüvvələri təyyarəni qəzaya uğradığıni təsdiq edib və sağ qalanların axtarışını davam etdirdiyini bildirib. Təyyarənin bazalardan birinə yanacaq çatdıran neft kəmərinə xidmət etmək üçün personal daşıdığı bildirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.