Ölən sultanın yerinə o keçdi

11-01-2020, 12:17           
Ölən sultanın yerinə o keçdi
Omanın yeni sultanı bəlli olub.

"Yeni Sabah"ın xarici mətbuata istinadən məlumatına görə, ötən gecə vəfat etmiş sultan Qabus bin Səidn yerinə onun əmisi oğlu, ölkənin Mədəniyyət naziri Heysəm bin Heysəm bin Tariq əl Səid taxta çıxıb.

Vəfat etmiş sultanın övladları olmadığı üçün vərəsəlik onun əmisi oğluna keçib.

2015-ci ildən xərçəng xəstəliyindən əziyyət çəkən Qabus bin Səid 79 yaşında vəfat edib. O, 1970-ci ildən hakimiyyətdə olub.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.