Qırmızıdan keçən “Hyundai” polis maşını ilə belə toqquşdu - Bakıda - Video

25-01-2020, 00:33           
Qırmızıdan keçən “Hyundai” polis maşını ilə belə toqquşdu - Bakıda - Video
Dünən paytaxda yol nəqliyyat hadisəsi baş verib.

Teref.az xəbər verir ki, Nizami küçəsi ilə Keykab xanım Səfərəliyeva küçəsinin kəsişməsində svetoforun qırmızı işığından keçən “Hyundai” markalı avtomobil digər yolda hərəkətdə olan mühafizə polisinə məxsus xidməti avtomobil ilə toqquşub.

Toqquşmadan sonra idarəetməni itirən “Hyundai” markalı avtomobil svetofor dirəyinə çırpılaraq onu aşırdıb.

Əldə etdiyimiz məlumata görə, hadisə nəticəsində xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. /Avtosfer.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.