Türkiyədə müalicə olunan Vahid Əhmədovdan yeni xəbər var

8-07-2020, 09:58           
Türkiyədə müalicə olunan Vahid Əhmədovdan yeni xəbər var
“Vahid Əhmədovla dünən əlaqə saxlamışam. Özünü yaxşı hiss edir. Hazırda səhhəti normaldır”. Bunu Modern.az-a deputat Vahid Əhmədovun köməkçisi Arif Orucov deyib.

Arif Orucov Vahid Əhmədovun dəqiq nə vaxt Azərbaycana qayıdacağını bilmədiyini də qeyd edib:

“Bu barədə bir söz deyə bilmərəm. Güman ki, yaxın günlərdə ölkəyə qayıdacaq”.

Qeyd edək ki, bir neçə gün öncə Milli Məclisin deputatı Vahid Əhmədovun səhhəti ağırlaşıb. Ürəyində problem yaranan deputat təcili olaraq özəl təyyarə ilə Türkiyəyə apaılıb.

Millət vəkili hələ 2 il əvvəl Türkiyədə ürəyindən əməliyyat olunmuşdu....












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.