İki ailə torpağa görə dalaşdı - Ölənlər və yaralananlar var

13-08-2020, 08:01           
İki ailə torpağa görə dalaşdı - Ölənlər və yaralananlar var
Misirin paytaxtı Qahirənin cənubundakı Fayum əyalətində ailələr arasında torpaq davası baş verib.

Yerli “Əl-Əhram” qəzeti davada iştirak edənlərdən azı 8 nəfərin qətlə yetirildiyi, 35 nəfərin isə yaralandığı barədə məlumat yayıb.

Avtomat silahlardan və tapançalardan atəş açan dava iştirakçıları arasında atışma bir neçə saat davam edib. Hadisə yerinə xüsusi təyinatlı qüvvələr cəlb olunub. Xəstəxanaya çatdırılan yaralılardan üçünün vəziyyəti ağırdır. Polis cinayətdə iştirak etməkdə şübhəli bilinən dörd nəfəri həbs edib.

Misirdə hətta ailədaxili mübahisələr zəminində baş verən münaqişələrdə də odlu silahlardan tez-tez istifadə olunur. Ötən il hökumət 2011-ci ildən bəri qanunsuz yollarla ölkəyə gətirilən və əhalinin əlində olan silahların təhvil verilməsi istiqamətində bəzi tədbirlər həyata keçirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.