Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə olunur

21-09-2020, 09:35           
Gürcüstandan daha 250 nəfər Azərbaycana təxliyə olunur
Gürcüstandan daha 250 nəfərin Azərbaycana təxliyəsi həyata keçirilir.

Teref.az “Report”a istinadən xəbər verir ki, onların 153-ü Gürcüstan, 93-ü Azərbaycan, 4-ü isə Rusiya vətəndaşıdır.

Həmin şəxslərin ötən gün koronavirusla bağlı verdikləri testlər neqativ nəticələnib.

Təxliyyə olunanların 48 saat etibarlı olan COVID-19 arayışı ilə “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi vasitəsilə Azərbaycana keçmələri təmin olunacaq.

Qeyd edək ki, pandemiya dövrü başlayandan indiyədək Gürcüstandan və ölkədən tranzit keçməklə Azərbaycana 3 minə yaxın şəxsin təxliyəsi təmin edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.