Əhməd Obalını döyən şəxs saxlanılıb - Arxasından ki9mlər çıxacaq? AÇIQLAMA

4-06-2023, 09:32           
Əhməd Obalını döyən şəxs saxlanılıb -
Uzun illərdir ABŞ-də mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalını döyən şəxs saxlanılıb.

TEREF.AZ "Report"a istinadən xəbər verir ki, o bu barədə özünün sosial media hesabında paylaşım edib.

Ə.Obalı bildirib ki, baş verənlər haqqında çoxsaylı şayiələr yayılıb və bu şayiələr həqiqəti əks etdirmir. Ə.Obalı əlavə edib ki, onu vəhşicəsinə döyən şəxs ABŞ polisi tərəfindən artıq saxlanılıb: "Cinayəti törədən adam tutulub. Polisin istəyi budur ki, biz kimsəylə bu barədə danışmayaq və şayiələrin yayılmasına şərait yaratmayaq. Araşdırma gedir və hər şey bəlli olacaq. Bu məsələnin arxasında daha kimlər ola bilər axtarılır".

O, səhətinin normal olduğunu və ölüm təhlükəsini atlatdığını deyib: "Vəziyyətim yaxşıdır, ancaq hələ ki əlim və ayağım iflic vəziyyətdədir. Ona da ümid var ki, düzələcək".

Qeyd edək ki, Güney Azərbaycan Televiziyasının (Günaz TV) qurucusu və rəhbəri, ABŞ-də mühacir həyatı yaşayan, güneyli milli fəal Əhməd Obalı may ayının 21-də səhər saatlarında Kaliforniya ştatında kimliyi naməlum şəxs tərəfindən vəhşicəsinə döyülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru