Yenə yanacaqdoldurma məntəqəsi hədəf seçildi - Daha bir quldur basqını

3-10-2015, 13:12           
Yenə yanacaqdoldurma məntəqəsi hədəf seçildi - Daha bir quldur basqını
Bu gecə saat 03:00 radələrində Tovuz rayonunun Əyyublu kəndində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın edilib.

Tovuz Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, naməlum şəxslər yanacaqdoldurma məntəqəsində nəzarətçiyə hücum edərək, əl-qolunu bağlayıblar və kassadakı pulu oğurlayıblar. Hadisəni törədənlərin şəxsiyyəti və dəyən ziyan araşdırılır.

Xatırladaq ki, naməlum maskalılar oktyabrın 1-də də Bilgəh qəsəbəsinə gedən şossedə yerləşən "ABU Petrol" yanacaqdoldurma məntəqəsinə basqın etmişdi.

Sabunçu Rayon Polis İdarəsindən virtualaz.org saytına verilən məlumatda deyilirdi ki, basqınçılar oradan 4000 manat aparıblar.

Məntəqənin növbə rəisi Orxan Hacıyev əməliyyatçılara ifadəsində demişdi ki, cinayətkarlar yanacaqdoldurma məntəqəsinə dövlət nömrə nişanı olmayan qırmızı rəngli “VAZ-2107”də gəliblər. Onlar hadisə yerini tərk edərkən videomüşahidə kamerasının yaddaş kartını da çıxararaq naməlum istiqamətdə yoxa çıxıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.