Formula 1-ə görə bağlanan yolların açılacağı tarix açıqlandı - RƏSMİ AÇIQLAMA

29-04-2019, 00:00           
Formula 1-ə görə bağlanan yolların açılacağı tarix açıqlandı - RƏSMİ AÇIQLAMA
“Hər zaman yarışlar yekunlaşanda kədərlənirik”.



“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai Formula 1 SOCAR Azərbaycan Qran-Prisinin bitməsindən sonra təəssüratlarını bölüşərkən deyib:



“Çox hazırlaşdıq. Fəxr edirik ki, hər şey gözəl keçdi. Yarış çox yaxşı keçdi, Valteri Bottas qələbə qazandı. Heç bir problemsiz, normal yarış oldu. Bu günlər ərzində çox gözəl əyləncə proqramları oldu, bu gün də sonuncu əyləncə proqramımız olacaq. Nəticələr göstərir ki, hər il Bakını ən gözəl sürətdə göstərə bilirik, bu il də elə oldu. Şəhərin mərkəzində belə bir yarış keçiririk, Qran-Pri təşkil olunur, əməkdaşlarımız əlindən gələni edir ki, yarışlar daha da maraqlı olsun.



Yolların nəqliyyatın hərəkətinə açılmasından danışan Nigar Arpadarai bildirib ki, 29 apreldə bulvar ərazisi nəqliyyat vasitələrinin istifadəsinə açılacaq.



“30 apreldə isə bütün yolar açılacaq”. (Modern.Az)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.