"Çelsi" Avropa Liqası tarixinə 16 matç uduzmayan komanda kimi düşüb

3-05-2019, 07:09           
"Çelsi" Avropa Liqası tarixinə 16 matç uduzmayan komanda kimi düşüb
Avropa Liqasının yarımfinal mərhələsində Almaniyanın “Ayntraxt” komandası İngiltərənin “Çelsi” komandası ilə heç-heçə edib: - 1:1.

"Report" xəbər verir ki,London klubu yarışın yeni rekorduna imza atıb. Belə ki, "Çelsi" məğlubiyyətsiz 16 matç keçirən ilk komanda olub.

Qeyd edilir ki, bundan əvvəlki nailiyyət Madridin "Atletiko"suna məxsusdur. Klub 2011-ci ildən 2012-ci ilə qədər mövsümdə nailiyyətə imza atıb.

"Ayntraxt" və "Çelsi" cavab oyununu Londonun "Stemford Bric" stadionunda, mayın 9-da keçirəcəklər.

"Çelsi" 2012/13 mövsümündə Avropa Liqasının qalibi olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.