Novak Cokoviç tennis üzrə Böyük Dəbilqə seriyalı Uimbldon turnirin qalibi olub

15-07-2019, 07:11           
Novak Cokoviç tennis üzrə Böyük Dəbilqə seriyalı Uimbldon turnirin qalibi olub
Tennis üzrə Böyük Dəbilqə seriyalı Uimbldon turnirinə yekun vurulub.

"Report"un məlumatına görə, kişilərin fərdi mübarizəsində qalib adını serbiyalı Novak Cokoviç qazanıb. Böyük Britaniyanın paytaxtı Londonda təşkil olunmuş həlledici qarşılaşmada Cokoviç isveçrəli Roje Federeri 5 partiyalıq mübarizənin yekununda məğlub edib - 7:6, 1:6, 7:6, 4:6, 13:12. Görüş 4 saat 55 dəqiqə davam edib. Turnir tarixində ilk dəfə final matçının son partiyasında tay-breyk oynanılıb.

Bununla da Cokoviç ötən il qazandığı titulu qoruyub. Onun aktivində "Uimbldon"da 5, "Böyük Dəbilqə" seriyalı yarışlarda 16 qalibiyyət var.

Qadınların yarışında rumıniyalı Simona Halep ABŞ təmsilçisi Serena Uilyamsı 55 dəqiqəyə 2 partiyada üstələyib - 6:2, 6:2.

Qeyd edək ki, Uimldon turnirinin ümumi mükafat fondu 38 milyon funt sterlinq təşkil edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.