"Yuventus" - "Napoli" oyununda 7 qol vurulub - VİDEO

1-09-2019, 09:13           
"Yuventus" - "Napoli" oyununda 7 qol vurulub - VİDEO
İtaliya A seriyasında II turun matçları davam edir.

APA-nın məlumatına görə, turun ikinci oyun günündə 2 görüş təşkil olunub.

"Milan" "Breşiya"ya qalib gəlməklə, mövsümdə ilk qələbəsini qazanıb. Matçın taleyini Çalhanoğlunun yeganə qolu həll edib.

"Yuventus" - "Napoli" duelində isə 7 qol vurulub. Ev sahibləri 3 top irəli çıxsalar da, ikinci hissədə üstünlüyü əldən veriblər. Turinlilər əlavə edilmiş dəqiqələrdə rəqibini məğlub etməyi bacarıblar. Bu qələbə də "Napoli"nin avtoqolu sayəsində rəsmiləşib.

Qeyd edək ki, turun digər matçları sentyabrın 1-də baş tutacaq.

İtaliya A seriyası
II tur
31 avqust

"Milan" - "Breşiya" - 1:0
Çalhanoğlu, 12

"Yuventus" - "Napoli" - 4:3
Danilo, 16, İquain, 19, Ronaldo, 52, Kolibali, 90+2 (ö.q.) - Manolas, 66, Lozano, 68, Di Lorenzo, 81












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.