İsveçdə İbrahimoviçə abidə ucaldılacaq

10-09-2019, 04:02           
İsveçdə İbrahimoviçə abidə ucaldılacaq
"Los Angeles Galaxy" klubunun hücumçusu Zlatan İbrahimoviçə İsveçdə heykəl qoyulacaq.

"Report" AS nəşrinə istinadən xəbər verir ki, heykəlin sifarişçisi İsveç Futbol Assosiasiyasıdır.

Bürünc abidə forvardın doğma şəhəri olan Malmödə ucaldılacaq.

Hündürlüyü 2.7 metr və çəkisi 500 kq olan heykəlin hazırlanması ilə heykəltəraş Peter Linde məşğul olacaq.

Abidə İbrahimoviçin futbolçu karyerasına başladığı "Malmö" klubunun köhnə və yeni stadionları arasındakı meydanda olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.