Azərbaycanın ardından daha bir komanda Dünya Kubokunda iştirakdan imtina edib

9-11-2019, 11:15           
Azərbaycanın ardından daha bir komanda Dünya Kubokunda iştirakdan imtina edib
Xəbər verdiyimiz kimi, noyabrın 16-17-də Yaponiyanın Narita şəhərində qadın güləşi üzrə Dünya Kubokunda millimiz iştirak etməyəcək.

milletinsesi.info xəbər verir ki, Azərbaycanın ardından, Qazaxıstan millisi də Yaponiyaya getməkdən imtina edib.

Bu səbəbdən yarış səkkiz yox, altı komandanın iştirakı ilə keçiriləcək. A qrupunda Yaponiya, Çin və Ukrayna, B qrupunda isə Rusiya, ABŞ və Monqolustan mübarizə aparacaq.

Qeyd edək ki, Qazaxıstan Nur-Sultanda keçirilən dünya çempionatının nəticəsinə görə altıncı, Azərbaycan isə səkkizinci olub. Məhz bu səbəbdən hər iki komanda Dünya Kubokuna vəsiqə qazanmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.