“Mən sənin üçün təlxək deyiləm” - Baş məşqçi

11-11-2019, 10:22           
“Mən sənin üçün təlxək deyiləm” - Baş məşqçi
İngiltərə Premyer Liqasının XII turunun “Liverpul” – “Mançester Siti” oyunundan sonra xoşagəlməz hadisə yaşanıb.

APA -nın məlumatına görə, 3:1 hesablı qələbə qazanan mersisaydlıların baş məşqçisi Yurgen Kloppla teleoperator arasında narazılıq qeydə alınıb.

Görüş bitən kimi meydana çıxıb azarkeşlərə təşəkkür etmək istəyən almaniyalı mütəxəssis onu çəkən operatora sərt cavab verib. Televiziya işçisi Y.Kloppdan xahiş edib ki, kameraya yumruq göstərsin.

Almaniyalı buna əsəbi cavab verib: “Mən sənin üçün təlxək deyiləm”.

Qeyd edək ki, “Liverpul” 12 turdan sonra 34 xalla Premyer Liqanın lideridir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.