“Milan” qalib gəlib, autsayder dəyişib

9-12-2019, 04:55           
“Milan” qalib gəlib, autsayder dəyişib
İtaliya A seriyasında XV tur başa çatıb.

Apasport.az saytının məlumatına görə, turun son günündə 6 qarşılaşma baş tutub.

Dörd qolun vurulduğu iki görüşdə məhsuldar heç-heçə qeydə alınıb. “Leççe” – “Cenoa” və “Sassuolo” – “Kalyari” matçlarında komandalar hərəyə bir xal qazanıblar.

“Torino” evdə “Fiorentina”ya qalib gəlib. Səfərdə “Spal”ı məğlub edən “Breşiya” son pillədən qurtulub. “Sampdoriya” “Parma”, “Bolonya” “Milan”ı qəbul etdiyi görüşdə uduzub.

Qeyd edək ki, növbəti turun oyunları dekabrın 14-16-da keçiriləcək.

İtaliya A seriyası
XV tur
8 dekabr

“Leççe” – “Cenoa” – 2:2
Falko, 60, Tabanelli, 70 – Pandev, 31, Krişito, 45 (pen.)
“Torino” – “Fiorentina” – 2:1
Zaza, 22, Ansaldi, 72 – Kaseres, 90
“Spal” – “Breşiya” – 0:1
Balotelli, 54
“Sassuolo” – “Kalyari” – 2:2
Berardi, 7, Curiçiç, 36 – Pedro, 51, Raqatzu, 90
“Sampdoriya” – “Parma” – 0:1
Kuçka, 21
“Bolonya” – “Milan” – 2:3
Ernandes, 40 (avtoqol), Sansone, 84 (pen.) – Pyatek, 15 (pen.), Ernandes, 32, Bonaventura, 46












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru