Türkiyə komandasına yeni baş məşqçi təyin olundu

25-06-2020, 08:39           
Türkiyə komandasına yeni baş məşqçi təyin olundu
Futboi üzrə Türkiyə Super Liqasında çıxış edən "Ankaragücü" komandasının yeni baş məşqçisi müəyyənləşib.

"Report"un məlumatına görə, klub prezidenti Fatih Mert İbrahim Üzülməzlə müqavilə bağladıqlarını bildirib. 46 yaşlı mütəxəssisin ilk sınağı "Trabzonspor"a qarşı olacaq.

Yeni vəzifədə Mustafa Reşit Akçayı əvəzləyən Üzülməz son olaraq, I Liqada "Bursaspor"a rəhbərlik edib.

Qeyd edək ki, 28 turdan sonra "Ankaragücü" 24 xalla 18 komanda arasında sonuncu pillədə qərarlaşıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.