Rəşad Sadıqova 6 milyon manat ayrıldı

2-07-2020, 00:02           
Rəşad Sadıqova 6 milyon manat ayrıldı
Futbolçu karyerasını başa vuran Rəşad Sadıqovun «Zirə»nin sükanı arxasına keçmək variantı haqda bir müddət əvvəl xəbər paylaşmışdıq.

Yenisabah.az xəbər verir ki,Sportinfo klub rəhbərliyinə yaxın mənbələr vasitəsilə öyrənib ki, fəxri prezident Orxan Məmmədov «Qarabağ»ın keçmiş kapitanına belə bir təklif verib.

«Pro» kateqoriyasını hələ 2 il öncə alan sabiq müdafiəçi hələ qəti qərarını verməyib. Aydın məsələdir ki, işsiz qalmayacaq. O da işsiz qalacaqsa, daha nə oldu…

Sadıqov həmişə iddialı olub və adına layiq yerdə çalışmağa üstünlük verəcəyi şübhə doğurmur. Bu, «Qarabağ»da Qurban Qurbanovun köməkçisi postu da ola bilər, əsas milli də.

Qaldı ki «Zirə»yə, əldə etdiyimiz məlumata görə, Zaur Həşimovla vidalaşan qəsəbə klubunun yenidən iddialı olması Rəşad Sadıqovdan asılıdır. Büdcəsi 2 milyon manata düşən «qartallar»ın ala biləcəyi «ikinci nəfəs» ona bağlıdır.

Belə ki, Məmmədov növbəti dəfə Sadıqovdan komandanın sükanı arxasına keçməsini istəyib. Razılaşarsa, «Zirə»nin büdcəsi heç vaxt olmayacağı qədər, konrkretləşdirsək, 6 milyon manatadək artıralacaq.

Bu, sırf növbəti mövsümə aid rəqəmdir. Sadıqov daha 2 il görəvini davam etdirərsə, ayrılan vəsaitin həcmi bir qədər də böyüyəcək.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.