"Çelsi"nin ulduzunun yeni klubu bəlli oldu

7-08-2020, 00:20           
"Çelsi"nin ulduzunun yeni klubu bəlli oldu
"Çelsi"nin ulduz futbolçusu Villian Borqeşin yeni klubu məlum olub.

Offsideplus.az nüfuzlu "ESPN" nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı "sambaçı" Londonun digər təmsilçisi "Arsenal"la anlaşıb.

Məlumata görə, vinqer razılaşmaya əsasən həftəsinə 100 000 funt sterlinq qazanacaq. Transferin bu günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Villian 2013-cü ildən "Çelsi"də çıxış edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.