"Fənərbağça"nın hücumçusu İtaliya klubuna keçdi

15-09-2020, 23:24           
"Fənərbağça"nın hücumçusu İtaliya klubuna keçdi
Türkiyə "Fənərbağça"sının futbolçusu Vedat Murikinin İtaliyanın "Latsio" komandasına transferi gerçəkləşib.

"Report" İstanbul klubunun rəsmi saytına istinadla xəbər verir ki, Roma təmsilçisi kosovolu hücumçuya görə qarşı tərəfə 17,5 milyon avro təzminat və 2,5 milyon avro əlavə bonus ödəyəcək.

Həmçinin "Fənərbağça" 26 yaşlı forvardın növbəti satışından əlavə pay da alacaq. Muriki başqa kluba keçərsə, "Latsio" transfer məbləğinin 5 faizini Superliqa təmsilçisinə ödəyəcək.

Qeyd edək ki, Vedat Muriki 2019/2020 mövsümünün əvvəlində "Rizespor"dan "Fənərbağça"ya keçmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru