“Real” səfərdə “Barselona”nıməğlub etdi

3-04-2016, 12:13           

Dünən İspaniya çempionatının XXXI turu çərçivəsində mərkəzi görüş oynanılıb.

Azərtac xəbər verir ki, dünyanın maraqla izlədiyi El-Klassiko derbisində “Barselona” Madridin “Real” klubunu qəbul edib.

Say etibarı ilə baş tutan 231-ci derbidə qalib tərəf İspaniyanın paytaxt komandası olub. Maçta azlıqda olmaqlarına rəğmən 1:2 hesabı ilə qələbə qazanan “Real” Katalon təmsilçisinin 39 oyunluq məğlubiyyətsizlik seriyasına da son qoyub. Kral klubunun qələbəsi ilk El-Klassiko həyəcanı yaşayan baş məşqçı Zinəddin Zidan üçün də əlamətdar olub. Gərgin keçən görüşün birinci hissəsində qapılara qol vurulmayıb.

Oyunun 57-ci dəqiqəsində Jerar Pike dəqiq baş zərbəsi ilə meydan sahiblərini hesabda önə çıxardıb. Hücumlarını artiran qonaqlar 5 dəqiqə sonra Kərim Benzemanın gözəl qolu ilə oyunda tarazlığı bərpa ediblər. Derbidə son nöqtəni portuqalıyalı ulduz Ronaldo qoyub. O, 85-ci dəqiqədə vurduğu qolla komandasının qələbəsini rəsmiləşdirib. Beləliklə, 31 turdan sonra “Barselona” 76 xalla yenə turnir cədvəlinə başçılıq edir. Madridlilər isə 69 xalla üçüncü pillədə qərarlaşıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.