Neymar əfsanəvi sələfini tanımadı - Video

17-09-2016, 09:35           

“Barselona”nın ulduz futbolçusu Neymar media nümayəndələrinin suallarını cavablandırıb.

Axar.az xəbər verir ki, jurnalistlərdən birinin “Haci də “Barselona”da 11 nömrəli formanı geyinib. Bu barədə nə düşünürsən” sualına Neymar belə cavab verib:

“Hacı? O kimdir? Üzr istəyirəm, onu tanımıram. Ancaq “Barselona”da 11 nömrə ilə çıxış edibsə, demək, yaxşı futbolçu olub”.

Neymarın əfsanəvi Georgi Hacini tanımaması hər kəsi təəccübləndirib.

Qeyd edək ki, Haci “Real Madrid”, “Barselona”, “Qalatasaray” kimi klubların heyətində çıxış edib.
[media=https://www.youtube.com/watch?v=d7htHs3ggkI]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.