“Valensiya”nın baş məşqçisi istefa verib

31-12-2016, 10:04           
“Valensiya”nın baş məşqçisi istefa verib
Çezare Prandelli komandanın başında 11 oyun keçirib

Çezare Prandelli İspaniyanın “Valensiya” klubunun baş məşqçisi postunu tərk edib.

“Report” xəbər verir ki, bu barədə klubun saytında məlumat yerləşdirilib.

İtaliyalı mütəxəssis komandanın baş məşqçisi postunda 11 oyun keçirib və üç qələbə qazanıb.
“Yarasalar” İspaniya çempionatının 15 turundan sonra 12 xal toplayıblar və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıblar. Hazırda 1983-1993-cü illərdə komandanın şərəfini qorumuş Voro Qonsales kluba baş məşqçi əvəzi təyin olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.