Şvaynştayqer "Çikaqo"nun oyunçusu qismində rəsmən təqdim olunub

30-03-2017, 08:27           
Şvaynştayqer "Çikaqo"nun oyunçusu qismində rəsmən təqdim olunub
Alman yarımmüdafiəçi Bastian Şvaynştayqer ABŞ-ın "Çikaqo Fayr" klubunun futbolçusu qismində təqdim olunub.
"Report" xəbər verir ki, bu barədə Amerika klubunun rəsmi "Twitter" səhifəsi məlumat yayıb.
Uzadılma mümkünlüyü ilə bir il müddətinə nəzərdə tutulan müqavilənin şərtinə görə, "Mançester Yunayted"dən transfer olunan 32 yaşlı oyunçu ilinə 4,5 milyon dollar qazanacaq.
Şvaynştayqerin yeni klubunda debütü aprelin 1-də MLS çempionatının "Monreal"a qarşı keçiriləcək ev oyununda ola bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru