Azərbaycan İslam Oyunlarını yüksək səviyyədə təşkil edib - Türkiyəli boksçu

12-05-2017, 18:48           
Azərbaycan İslam Oyunlarını yüksək səviyyədə təşkil edib - Türkiyəli boksçu
Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə təşkil edib.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Oyunlarda iştirak edən Türkiyə boksçusu Hakan Doğan deyib.

O qeyd edib ki, burada idmançılar üçün hər cür şərait yaradılıb.

İlk döyüşünü Qayana idmançısı ilə keçirən H.Doğan bildirib ki, mübarizə çətin keçib: “Rəqibim fiziki baxımdan məndən güclü idi, lakin bütün gücümü sərf edib qalib gəldim”.

H.Doğan bildirib ki, növbəti döyüşdə Azərbaycan boksçusu, dünya çempionu Cavid Cəbiyevlə qarşılaşacaq: “Azərbaycanlılar bizim qardaşımızdır, ancaq bu bir idman yarışıdır və hər kəs qalib olmağa çalışır”.

Qeyd edək ki, bu gün açılışı olacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.