"Yuventus" Xuan Quadradonu 20 mln. avroya transfer edib

23-05-2017, 08:34           
"Yuventus" Xuan Quadradonu 20 mln. avroya transfer edib
İtaliyanın "Yuventus" klubu "Çelsi"nin kolumbiyalı yarımmüdafiəçisi Xuan Quadradonu transfer edib.
"Report" xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
Futbolçu bunadək komandada icarə əsasında çıxış edib.
Xuan Quadrado İngiltərə klubundan 20 milyon avroya transfer olunub. Quadrado "Yuventus"la 30 iyun 2020-ci ilədək müqavilə imzalayıb.
Futbolçu cari mövsümdə İtaliya A Seriyasında keçirdiyi 29 oyuna 2 qol vurub və 6 məhsuldar ötürmə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.