"Mançester Siti" səfər qələbəsi sayəsində İngiltərə Liqa Kubokunun finalına çıxıb

24-01-2018, 09:12           
"Mançester Siti" səfər qələbəsi sayəsində İngiltərə Liqa Kubokunun finalına çıxıb
"Mançester Siti" İngiltərə Liqa Kubokunun yarımfinal oyununun cavab matçında səfərdə "Bristo Siti"yə 3:2 hesabı ilə qalib gəlib.

“Report” xəbər verir ki, qalib komandanın heyətində Leroy Sane, Serxio Aquero və Kevin De Bruyne fərqlənib.

İki oyunun nəticəsinə görə, "Mançester Siti" "Bristol"a 4:3 hesabı ilə qalib gələrək İngiltərə Liqa Kubokunun finalına vəsiqə qazanıb.

Komanda finalda ya "Çelsi", ya da "Arsenal" ilə mübarizə aparacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.