Bakı küçələri niyə avtomatlı polislərlə doludur? - gücləndirilmiş iş rejimi

19-10-2015, 12:58           
Bakı küçələri niyə avtomatlı polislərlə doludur? - gücləndirilmiş iş rejimi
Bakı polisi və təhlükəsizlik qüvvələri iki gündür ki, gücləndirilmiş iş rejiminə keçirilib.

Virtualaz.org saytı müxbirlərinin müşahidəsinə görə, paytaxt küçələrində adəti üzrə patrul xidməti aparan Mühafizə Xidməti İdarəsi əməkdaşları gündəlik geyim formasını dəyişərək səhra geyim formasına keçiblər.

DİN Mühafizə Xidməti İdarəsi əməkdaşlarından biri virtualaz.org saytının reportyoru ilə söhbətində bildirib ki, onlar iki gün öncə gücləndirilmiş iş rejiminə keçiriliblər. Rəhbərlik bu qərarın səbəbi barədə onlara heç bir məlumat verməyib.

Dövlət Yol Polisi əməkdaşları da gücləndirilmiş iş rejiminə keçirilib. Onlar xidmətə artıq tabel silahı ilə çıxır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.