Gənc qız bulvarda özünü öldürdü - YENİLƏNDİ

27-10-2015, 00:21           
Gənc qız bulvarda özünü öldürdü - YENİLƏNDİ
Saat 21 radələrində Dənizkənarı Milli Parkda intihar hadisəsi baş verib.

Musavat.com-un verdiyi xəbərə görə, hələlik şəxsiyyəti məlum olmayan gənc qız özünü dənizə atıb. Onu xilas etmək mümkün olmayıb və nəticədə qız ölüb.

Gənc qızın meyiti sudan çıxarılıb. Qızın intihar etməsinin səbəbi məlum deyil.

* * * *

Səbail Rayon Polis Idarəsi 39-cu Polis Bölməsindən musavat.com-a faktı təsdiqləyiblər.

Qız intihar zamanı tək olub.

Polis intihar edən qızın şəxsiyyətini müəyyənləşdirib. İntihar edən Beyləqan rayon sakini, 18 yaşlı Məmmədova Həmidə Ramiz qızıdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.