Hollandiyada tramvayda atəş açıldı: 1 ölü, 3 yaralı

19-03-2019, 07:47           
Hollandiyada tramvayda atəş açıldı: 1 ölü, 3 yaralı
Hollandiyanın Utrext şəhərində tramvayda atəş aşçılması nəticəsində bir nəfər ölüb, üç nəfər ağır yaralanıb. AzEuroNews.com xəbər verir ki, Hollandiyanın Milli Terrorla Mübarizə və Təhlükəsizlik Koordinatorluğundan hadisələri yaxından təqib etdiklərini, olayın bir terror hücumu ola biləcəyi açıqlanıb.

Yaralıları xəstəxanaya çatdırmaq üçün hadisə yerinə bir neçə helikopter gəlib. Hadisənin baş verdiyi ərazidə təhlükəsizlik koridoru yaradılıb.

Hadisə ilə bağlı açıqlama verən Hollandiyanın baş naziri Mark Ryutte olduqca narahat olduğunu dilə gətirib. O bildirib ki, hadisənin terror aktı olub-olmadığı hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırılır.

Hollandiyada xüsusilə, Utrext və ətrafında fövqəlada hal elan edilib. Ölkədə təhlükəsizlik səviyyəsi beş qat gücləndirilib.

20 Mart tarixində Hollandiyada əyalət seçkiləridir. Siyasi partiyalar seçki kampaniyasını müvəqqəti dayandırıblar. Seçkilərin keçirilib-keçirilməyəcəyi hələ dəqiq deyil.

Hollandiya mediasının yaydığı xəbərlərə görə, tramvayda insanlara atəş açan şəxs qırmızı bir avtomobillə hadisə yerindən uzaqlaşıb. Hazırda onun axtarışları davam etdidirlir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.