Gəncədə çay evində dava – Polis xəstəxanalıq oldu

21-05-2019, 07:34           
Gəncədə çay evində dava – Polis xəstəxanalıq oldu
Gəncədə polis əməkdaşı dava zamanı xəsarət alıb.

“Qafqazinfo” xəbər verir ki, şəhər sakini, 1990-ci il təvəllüdlü Süleymanov Mehman Natiq oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, polis əməkdaşı olan M. Süleymanov Gəncə bulvarında olan çay evlərinin birində dava zamanı döyülüb. Münaqişənin xidmət zamanı baş vermədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.