Moskvada erməni əsilli iş adamı tutulub

15-06-2019, 07:09           
Moskvada erməni əsilli iş adamı tutulub
Moskva polisi "Optima" tütün distribütor şirkətinin erməni əsilli keçmiş sahibi Albert Xudoyanı şirkətlərdən birinin üç torpaq sahəsinin oğurlanması ittihamı ilə saxlayıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bunu onun vəkili Aleksandr Karabanov deyib.

Onun sözlərinə görə istintaq iş adamını 10 milyon dollar məbləğindən ziyan vurmaqda məsuliyyətli bilir.

"Müstəntiq Albert Aşotoviç Xudoyana qarşı üç torpaq sahəsinin oğurlanması şəklində xüsusi iri həcmdə dələduzluq ittihamı irəli sürüb", - deyə hüquq müdafiəçisi bildirib.

Bundan əlavə, vəkil bildirib ki, yaxın vaxtlarda istintaq Xudoyan barəsində qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.