"Land Cruiser" işıq dirəyinə belə girdi - Aeroport yolunda - REAL VİDEO

10-07-2019, 10:52           
"Land Cruiser" işıq dirəyinə belə girdi - Aeroport yolunda - REAL VİDEO
Digər avtomobilin sürücüsü isə bardürü belə keçdi
Heydər Əliyev prospekti, Bakı Olimpiya stadionunun qarşısında baş verən iki qəza anı kameraya düşüb. Avtosfer.az xəbər verir ki, təxminən eyni ərazidə baş verən hər iki qəza nəticəsində idarəetməni itirən sürücülər bardürü aşaraq əks yola düşürlər.

İlk videoda “Tayota Land Cruser” markalı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılır. Ardınca dirəyi aşıraraq yolun əks istiqamətinə çıxır. Sürücünün sükan arxasında yatması ehtimal olunur.

İkinci video sutkanın qaranlıq vaxtı qeydə alınıb. Bu dəfə də sürücünün sükan arxasında yatması ehtimalı böyükdür. Çünki orta zolaqla hərəkət etdiyi bir vaxtda qəfildən sola burulur. Nəticədə avtomobil bardürü keçərək yolun digər tərəfinə keçir. Videogörüntünü təqdim edirik:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.