Azərbaycan nefti bahalaşıb

18-09-2019, 07:10           
Azərbaycan nefti bahalaşıb
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 16-da 71,1 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,36 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 70,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 7,35 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 66,43 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 8,05 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 68,2 dollar/barel olub, bu da əvvəlki göstəricidən 7,11 dollar/barel azdır.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.