Böyük Britaniyanın ən böyük külçəsi tapılıb

6-12-2019, 02:16           
Böyük Britaniyanın ən böyük külçəsi tapılıb
Böyük Britaniyanın ən böyük külçəsi tapılıb.

AZƏRTAC xəbər verir ki, 121,3 qram ağırlığında olan külçə kəşfiyyatçılar tərəfindən Şotlandiyadakı çaylardan birinin dərinliklərində tapılıb. Qızılın mənşəyi ilə bağlı kitab yazan Li Palmer külçənin haradan gəldiyini və hansı dövrə aid olduğunu öyrənmək üçün onun üzərindəki maddələri araşdırmalı olduqlarını bildirib.

Külçə London Təbiət Tarixi Muzeyində və ya Şotlandiya Milli Muzeyində sərgilənəcək.

Qeyd edək ki, Böyük Britaniyada 85,7 qram ağırlığında olan ən böyük külçə 2016-cı ildə tapılmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru