Dənizdə batan uşağı çıxarmaq istəyən 11 nəfərin hamısı boğuldu

11-07-2020, 11:27           
Dənizdə batan uşağı çıxarmaq istəyən 11 nəfərin hamısı boğuldu
Misirin sahil şəhəri olan İskəndəriyyədə dənizdə boğulan bir uşağı xilas etmək üçün suya girən 11 nəfər uşaqla birlikdə boğulub.

Yenisabah.az xəbər verir ki, bu barədə İskəndəriyyə Yay və Turizm Mərkəzindən açıqlama verilib. Məlumata görə, boğulanlardan 8 nəfərin cəsədi tapılıb, digərləri üçün isə axtarış əməliyyatı davam edir.

Qeyd edək ki, bir müddət əvvəl Misirdə baş nazirin qərarı ilə COVID-19-la mübarizə çərçivəsində sözügedən ərazidə dənizə girmək qadağan edilib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.