Turist batmış gəmiyə sualtı tur zamanı öldü

22-09-2022, 11:24           
Turist batmış gəmiyə sualtı tur zamanı öldü
Albaniyada 29 yaşlı turist tur zamanı ölüb.

Hadisə Saranda şəhərində baş verib. Böyük Britaniyadan olan turist sualtı tura çıxmaq qərarına gəlib və yerli dalğıc mərkəzinə üz tutub. Turist batmış gəmiyə ekstremal tura yazılıb.

Tur zamanı turist qız yeddi-səkkiz metr dərinliyə dalıb, sonra suyun üstünə çıxıb və yenidən dibə gedib.

Qrupu müşayiət edən təlimatçı ilkin tibbi yardım göstərmək istəsə də, qız dünyasını dəyişib.

Hadisə ilə bağlı 45 yaşlı dayvinq təlimatçısı həbs edilib.

Polisin məlumatına görə, bələdçi dayvinq zamanı sağlamlıq və təhlükəsizlik qaydalarına əməl etməyib. Dayvinq mərkəzindən isə bildirilib ki, qızın səhhətində problemlər olub və o, bu barədə məlumat verməyib.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru